"Sınıq Körpü" məntəqəsindən keçid saatı azaldılıb

25-03-2020, 15:19
Oxunub: 75
Dəyişikliyin yük daşımalarına şamil edilmədiyi bildirilib


Gürcüstandan qayıdan Azərbaycan vətəndaşlarının, eləcə də əks tərəfə hərəkət edən Gürcüstan vətəndaşlarının “Sınıq Körpü” sərhəd-keçid məntəqəsindən istifadəsi üçün verilən vaxta dəyişiklik edilib.  

Bu barədə Azərbaycanın Gürcüstandakı səfirliyindən bildirilib. Qeyd olunub ki, dəyişikliyə əsasən, vətəndaşlar sərhəd-keçid məntəqəsindən yalnız saat 10:00-dan 12:00-dək istifadə edə biləcəklər. Daha əvvəl isə verilən vaxt saat 10:00-dan 18:00-dək idi.

Dəyişikliyin yük daşımalarına şamil edilmədiyi bildirilib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti