Çin Hubey əyalətindəki iki aylıq karantinə son verdi

25-03-2020, 09:46
Oxunub: 48
Sətəlcəm xəstəliyinin yayılması riskinin azalması ilə əlaqədar səlahiyyətli orqanlar nəqliyyat əlaqələrini tam şəkildə bərpa etmək niyyətindədir.


Çin hökuiməti koronavirus pandemiyası ilə əlaqədar Hubey əyalətində son iki ay ərzində qüvvədə olan karantin rejimini ləğv edib.

Bu barədə əyalətin Gigiyena və Səhiyyə Komitəsindən bildirilib.

Sətəlcəm xəstəliyinin yayılması riskinin azalması ilə əlaqədar səlahiyyətli orqanlar nəqliyyat əlaqələrini tam şəkildə bərpa etmək niyyətindədir.

Yerli mütəxəssislərin fikrincə, Çin hökuməti yanvar ayının sonlarında Hubeyi karantinə almaqda beş gün geciksə idi, virusun intensiv təsirinə məruz qalan ərazi üç qat artıq olardı. Uyğun olaraq, Çində virusa yoluxan və ölənlərin sayı yüz dəfələrlə artıq ola bilərdi. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti