İranda insanların hərəkətinə məhdudiyyətlər qoyulacaq

25-03-2020, 13:10
Oxunub: 73
Bu barədə çərşənbə günü ölkə prezidenti Həsən Ruhani bildirib.


İran hökuməti koronavirusun yayılması ilə əlaqədar insanların hərəkətinə məhdudiyyətlərin qoyulmasını özündə ehtiva edən plan hazırlayıb.

Bu barədə çərşənbə günü ölkə prezidenti Həsən Ruhani bildirib.

“Dünən (çərşənbə axşamı) koronavirusun yayılmasına qarşı qərargahın iclasında yeni məhdudiyyətlərin tətbiq edilməsinin zəruriliyi haqqında müzakirə aparıldı. Layihə artıq hazırlanıb və çərşənbə günü təsdiqlənəcək və sonra açıqlanacaq”, - H.Ruhani İran dövlət televiziyası tərəfindən yayımlanan çıxışında deyib.

Onun sözlərinə görə, bu plana insanların tezliklə daimi yaşayış yerlərinə qayıtması üçün səyahət məhdudiyyətlərinin tətbiqi daxildir.

Bu günə qədər ölkədə hərəkətlə bağlı heç bir məhdudiyyət yoxdur, hərçənd səlahiyyətlilər dəfələrlə sakinləri lazımsız səfərlərdən yayınmağa və küçələrə çıxmamağa çağırıb.

Qeyd edək ki, İranda 24 811 nəfər yeni növ koronavirusa yoluxub, 1 934 ölüm hadisəsi qeydə alınıb. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti