Tramp koronavirusla mübarizə üçün Cənubi Koreyadan tibbi avadanlıqlar istəyib

25-03-2020, 11:43
Oxunub: 48
Bu barədə Cənubi Koreya Prezidentinin mətbuat xidməti məlumat yayıb


ABŞ Prezidenti Donald Tramp Cənubi Koreya Prezidenti Mun Çje-İn arasında telefon danışığı olub.

Bu barədə Cənubi Koreya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, Donald Tramp koronavirusla mübarizə üçün Cənubi Koreyanın mümkün olduğu təqdirdə ABŞ-a tibbi avadanlıqlar göndərməsini xahiş edib. Lakin Cənubi Koreya Prezidentinin mətbuat xidməti Donald Trampın hansı tibbi avadanlıqların göndərilməsini istədiyini açıqlamayıb. Ağ Ev iki prezident arasında telefon danışığının baş tutduğunu təsdiqləsə də digər detallar barədə məlumat verməyib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti