"Dərs vaxtı" proqramının sabahkı dərs cədvəli açıqlanıb

25-03-2020, 12:39
Oxunub: 29
26 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.


Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 26 mart üçün nəzərdə tutulan dərs cədvəli açıqlanıb.

Nazirlikdən verilən məlumata görə, sabah Azərbaycan dili bölməsi üçün 10:00-da fiziki tərbiyə; 10:10-da X sinif Kimya, İngilis dili, Coğrafiya, Biologiya; 10:50-də VI sinif Riyaziyyat, Azərbaycan tarixi, Fizika, Biologiya; 11:20-də I sinif Azərbaycan dili, Riyaziyyat; 11:40-da II sinif Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:05-də III sinif Azərbaycan dili, Riyaziyyat, İngilis dili; 12:40-da IV siniflər üçün Azərbaycan dili, Riyaziyyat, Həyat bilgisi dərsləri olacaq.

Rus dili bölməsi üçün 13:30-da I sinif Rus dili, Riyaziyyat, Həyat bilgisi; 13:50-də VI sinif Rus dili, Fizika, Biologiya; 14:25-də VII sinif Riyaziyyat, Biologiya, Coğrafiya; 14:55-də IX siniflər üçün Rus dili, Riyaziyyat, Kimya dərsləri keçiləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti