M1 və M2 xüsusi ekspres avtobus bu gündən istifadəyə verilib

24-03-2020, 14:06
Oxunub: 156
Bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi və qaydalara əməl etməyi xahiş edirik.


Xüsusi ekspres avtobus xətləri bu gün səhər saat 06:00-dan sərnişinlərimizin xidmətindədir.

Bu barədə Etatist.com-a Bakı Nəqliyyat Agnetliyindən bildiriblər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkə ərazisində xüsusi karantin rejimi tətbiq etməsi ilə əlaqədar metro stansiyalar arasında iki istiqamət üzrə M1 və M2 xüsusi ekspres avtobus xətləri təşkil edilib. Hər iki xətt üzrə avtobuslar bu gün səhər saat 06:00-dan sərnişinlərimizin xidmətindədir.

Sərnişinlərə tövsiyə edilir ki, metrodan istifadə minimuma endirilsin və yerüstü nəqliyyatdan istifadəyə üstünlük versinlər.

Bütün əhalidən evdə qalmağı, özünütəcrid şəraitinə riayət etməyi və qaydalara əməl etməyi xahiş edirik.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti