"Koronavirusdan zərər çəkən sektorlara dəstək proqramları hazırlanır"

24-03-2020, 09:42
Oxunub: 30
Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində deyib.


"İş yerləri məsələsi ilə bağlı dövlət strukturlarında müvafiq addımlar atılıb. Burada iş yerləri maksimum qorunacaq, ixtisarlar olmayacaq. Özəl sektor işçiləri ilə əlaqədar isə dövlət tərəfindən çoxsaylı dəstək tədbirləri hazırlanır".

Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verilişində deyib. 

Nazir bildirib ki, bütün işəgötürənlər dövlət dəstəyinin ediləcəyi haqqında məlumatlandırılıb: "Əmək müqavilələrinin bildirişi elektron sistemi vasitəsilə qeydiyyatdan keçmiş 74 mindən artıq işəgötürənin, hər birinə məlumatlar göndərilib ki, işçiləri ixtisar etmək, onların əmək hüquqlarına etinasız yanaşmaq, onları işdən azad etmək, Azərbaycan dövlətinin apardığı siyasətə ziddir. İşəgötürənlər korporativ məsuliyyət və sosial həmrəylik prinsipinə sadiq olaraq, işçiləri işdən azad etməkdən çəkinməlidirlər".

"Biz koronavirus pandemiyasından zərər çəkən həssas sektorları müəyyən etmişik. Onlara müvafiq dövlət dəstəyi proqramları hazırlanır. İqtisadi məsələlər üzrə İşçi Qrup tərəfindən sahibkarlara, işəgötürənlərə veriləcək dəstəyin mexanizmi hazırlanır, Məşğulluq və əmək münasibətləri üzrə İşçi Qrupu tərəfindən isə işçilərə veriləcək dəstək tədbirləri müəyyənləşdirilir.

Yəni dövlət öz dəstəyini bəyan edib, cənab Prezident koronavirusun mənfi təsirlərinin aradan qaldırılmasını nəzərə alaraq, büdcədən bir milyard manat vəsait ayırıb. Bizim də işəgötürənlərin hər birindən gözləntimiz odur ki, onlar ixtisarlara qəti yol verməsinlər. Biz vətəndaşlarımızın işsizliyinin artmasına imkan verməməliyik", - deyə nazir bildirib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti