G20 ölkələrinin liderləri koronavirus pandemiyasına görə müzakirələr aparacaqlar

24-03-2020, 14:18
Oxunub: 124
G20 ölkələrinin liderləri bir müddət əvvək ayrı-ayırılıqda video konfranslar edərək koronavirus pandemiyası ilə bağlı müzakirələr aparıblar.


G20 ölkələrinin liderləri martin 26-da video-konfrans edərək dünyada koronavirus pandemiyasının yayılmasını müzakirə edəcəklər.

G20 ölkələrinin liderləri bir müddət əvvəl ayrı-ayırılıqda video konfranslar edərək koronavirus pandemiyası ilə bağlı müzakirələr aparıblar.

Belə ki, həmin müzakirələrdə G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri Beynəlxalq Valyuta Fondunun (IMF) dünyada qlobal tənəzzülün gözlənilməsi ilə bağlı məlumatlarına cavab olaraq G20 ölkələrinin “Fəaliyyət Planının” inkişaf etdirilməsi ilə bağlı razılıq əldə ediblər. 

IMF rəhbəri Kristalina Georgiyeva bəyan edib ki, bir sıra ölkələrin fiskal və valyuta sahəsində addımları alqışa layiqdir. Lakin ölkələr fiskal siyasət sahəsində daha çox işlər görməlidir.  (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti