Ölkə ərazisində havanın temperaturu iqlim normasından 4.5 dərəcə yuxarı olub

24-03-2020, 13:18
Oxunub: 28
Martın 24-ü gündüzədək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib.


Martın 24-ü gündüzədək ölkə ərazisində hava şəraiti sabit və əsasən yağmursuz keçib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Sumqayıt, Naftalan, Gəncə, Şəmkir, Qrız, Tərtər, Zərdab, Göyçay, Biləsuvar, Lerik, Sarıbaşda (Qax) duman müşahidə olunub.

Havanın temperaturu martın 23-də iqlim normasından 4.5 dərəcə yuxarı olub, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 14 dərəcəyədək isti, Aran rayonlarında 17-19 dərəcə isti, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb, Naxçıvan MR-da temperatur 18 dərəcəyədək yüksəlib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti