Finlandiyanın eks-prezidenti koronavirusa yoluxub

24-03-2020, 13:16
Oxunub: 65
Xatırladaq ki, Finlandiyada koronavirusa 700 yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib


Finlandiyanın sabiq prezidenti, Nobel Sülh mükafatçısı Marti Axtisaari koronavirusa yoluxub.

Hazırda keçmiş prezidentin səhhəti normaldır.

Qeyd edək ki, martın 21-də keçmiş prezidentin xanımı Yeva Axtisaarinin də koronavirusa yoluxduğu aşkarlanmışdı. 82 yaşlı Marti Axtisaari 1994-2000-ci illərdə Finlandiyanın prezidenti olub. BMT-nin diplomatı olan Axtisaari Kosovo münaqişəsinin həlli istiqamətində göstərdiyi uzunmüddətli səylərə görə 2008-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.

 
Xatırladaq ki, Finlandiyada koronavirusa 700 yoluxma faktı qeydə alınıb, bir nəfər vəfat edib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti