Bişkekdə komendant saatı tətbiq ediləcək

24-03-2020, 13:12
Oxunub: 35
martın 25-də səhər saat 08:00-dan (Bakı vaxtı ilə səhər saat 6-dan) etibarən komendant saatı qüvvəyə minəcək.


Qırğızıstan paytaxtının komendantı, respublikanın Daxili İşlər nazirinin müavini Almazbek Orozaliyev Bişkekdə komendant saatının tətbiq olunduğunu elan edib.

 A. Orozaliyev bildirib ki, martın 25-də səhər saat 08:00-dan (Bakı vaxtı ilə səhər saat 6-dan) etibarən komendant saatı qüvvəyə minəcək.

Onun sözlərinə görə, vətəndaşların və nəqliyyat vasitələrinin hərəkətinə qoyulan qadağa Qırğızıstan Prezidenti tərəfindən Bişkekdə elan edilmiş fövqəladə vəziyyət çərçivəsində səhər saat 07:00-dək (Bakı vaxtı ilə 07:00-dək) davam edəcək.

A. Orozaliyev hazırda Bişkekdə olan ölkənin digər bölgələrinin sakinlərinə paytaxtı tərk etməyə çağırıb, əks təqdirdə rejimi pozanlara qarşı "qanuni tədbirlər" görüləcək. Komendant saatı müddəti üçün həkimlər, hüquq-mühafizə orqanlarının əməkdaşları və hərbçilər də daxil olmaqla vətəndaşların müəyyən kateqoriyalarına xüsusi pasportlar veriləcək. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti