SOCAR Belarusa növbəti partiya nefti yola salıb

23-03-2020, 16:29
Oxunub: 41
Mozır neft emalı zavodu həmin partiyanın emalına artıq başlayıb.


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 85 min ton həcmində növbəti partiya nefti Belarusa yola salıb.

Bunu  SOCAR-ın tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini İbrahim Əhmədov deyib.

İ.Əhmədov qeyd edib ki, neft Gürcüstanın Supsa limanından göndərilib və növbəti partiyalar gələcəkdə müəyyən edilə bilər.

Qeyd edək ki, Azərbaycan martın 5-6-da Ceyhan limanından Belarusa 90 min ton həcmində ilk neft partiyasını göndərmişdi.

Mozır neft emalı zavodu həmin partiyanın emalına artıq başlayıb.

Daha əvvəl Belarusun “Belneftexim” şirkətinin mətbuat katibi Aleksandr Tişşenko bildirmişdi ki, mart ayında SOCAR Belarus üçün Ukraynanın Odessa limanına 160 min ton həcmində iki tanker neft göndərməyi planlaşdırıb. Bu neft daha sonra Odessa-Brodı boru kəməri ilə nəql olunacaq. (trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti