Gürcüstanda qatarların və şəhərlərarası nəqliyyatın hərəkəti dayandırılıb

23-03-2020, 15:12
Oxunub: 31
Bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib.


Gürcüstanda qatarların hərəkəti də daxil olmaqla, şəhərlərarası sərnişin daşımaları məhdudlaşdırılıb.

Bu barədə Gürcüstan Baş nazirinin mətbuat katibi İrakli Çikovani bildirib. Onun sözlərinə görə Qurumlararası Kordinasiya Agentliyinin qəbul etdiyi bu qərar koronavirusun ölkədaxili yayılma fazasına keçməsi ilə bağlıdır: "Ölkəmizin daxili yayılma mərhələsinə çatdığını bilirsiniz və daxili yoluxma sürətini dayandırmaq üçün əlimizdən gələni etməliyik. Buna görə də bütün şəhərlərarası nəqliyyatı, o cümlədən qatarla sərnişin daşımalarını məhdudlaşdırırıq və bu məhdudiyyət günün sonunda qüvvəyə minəcək". (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti