Bakıda keçiriləcək aerobika üzrə dünya çempionatı təxirə salındı

23-03-2020, 13:40
Oxunub: 133
azırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant axtarır.


Bakıda keçirilməli olan aerobika üzrə dünya çempionatı təxirə salınıb.

Sayca 16-cı mundial 14 - 16 mayda təşkil olunmayacaq. Eyni zamanda yaş qrupları üzrə dünya turniri də 8 - 10 mayda baş tutmayacaq. Səbəb kimi koronavirus pandemiyasının belə tədbirləri daha yaxşı şəraitdə keçirməyə böyük maneçiliklər yaratması göstərilib.

O da bildirilir ki, hazırda FIG Azərbaycan Gimnastika Federasiyası ilə bu yarışların təşkilinin yenidən planlaşdırılması üçün uyğun variant axtarır. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti