Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələri kartla ödəmək mümkün olacaq

23-03-2020, 13:20
Oxunub: 35
Bu barədə Azərbaycan Beynəlxalq Bankının məlumatında qeyd edilib.


Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı mübarizə məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə ayrı-ayrı qurumlarla yanaşı, fərdi qaydada vətəndaşlardan da dəstək gəlir. Azərbaycan Prezidentinin müvafiq Fərmanı əsasında yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlər sırasında fiziki şəxslər də var. Yardımlar Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında Fond üçün açılmış bank hesabına köçürülür.

Bu barədə Azərbaycan Beynəlxalq Bankının məlumatında qeyd edilib.

Bildirilib ki, Fonda yardım etmək istəyən şəxslərin bundan ötrü bank filiallarına gəlmək ehtiyacını aradan qaldırmaq məqsədilə Azərbaycan Beynəlxalq Bankı “Həmrəy ol, qalib gələk” devizi altında köçürmələri onlayn qaydada aparmaq imkanı da yaradıb.

Belə ki, vətəndaşlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrini bu link üzərindən istənilən yerli bankın ödəniş kartları vasitəsilə həyata keçirə bilərlər.

Tarixən xalqımıza xas ən gözəl xüsusiyyətlərdən olan xeyriyyəçilik ənənələrinə sadiq qalaraq ayrı-ayrı vətəndaşlarımızın da bu çağırışa qoşulması, Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardım göstərməsi cəmiyyətimizdəki milli həmrəyliyin, dövlət – vətəndaş vəhdətinin daha bir nümunəsidir.

Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti