Çində son sutkada 11 nəfər koronavirusdan ölüb

18-03-2020, 09:12
Oxunub: 45
Bu barədə Çinin Dövlət Gigiyena və Sağlamlıq Komitəsi açıqlama yayıb.


Son bir gündə Çində yeni növ koronavirusdan ölənlərin sayı 11 nəfər, virusa yoluxanların sayı 13 nəfər artıb, daha 922 nəfər sağalıb.

Bu barədə Çinin Dövlət Gigiyena və Sağlamlıq Komitəsi açıqlama yayıb.

Məlumata görə, epidemiyanın yayıldığı bütün ərzində ölkədə yoluxmuş insanların sayı 80,8 minə çatıb, onlardan 69,6 min nəfəri sağalıb, 3237 nəfər ölüb.

 
Ölkədəki vəziyyət, deməl olar ki, sabitdir: 31 bölgədən 14-də ümumiyyətlə heç bir yoluxma halı olmayıb, digər 16 əyalət, inzibati rayon və mərkəz tabeli şəhərlərdəki xəstəxanalarda yoluxanların sayı bir nəfərdən bir neçə yüz nəfərə qədər dəyişir.

Koronavirusun yayılmasının əsas mənbəyi olan Hubey əyalətində son gündə 11 nəfər ölüb, yalnız bir nəfər yoluxub, 896 adam sağalıb. Hələ də 7,7 minə yaxın yoluxmuş insan var. (APA)

Son məlumatlara görə, yoluxmuş insanlarla yaxın təmasda olan 9,2 mindən çox sakin hələ də ÇXR-də tibbi nəzarətdədir. Ölkədə karantində şübhəli bilinən 119 nəfər də var.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti