Koronavirusdan ölənlərin sayı 8 000-i ötdü

18-03-2020, 13:40
Oxunub: 43
Qeyd edək ki, infeksiya indiyədək 167 ölkə və regionda qeydə alınıb.


Dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 8 009-a çatıb.

Dünyada ən çox ölüm hadisəsi Çin (3 237), İtaliya (2 503), İran (988) və İspaniyada (533) qeydə alınıb.

Qeyd edək ki, infeksiya indiyədək 167 ölkə və regionda qeydə alınıb.

Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Dünyada koronavirus infeksiyasına indiyədək 199 475 insan yoluxub. Virusdan sağalanların sayı 82 812 nəfərdir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.  (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti