FİFA koronavirusla mübarizəyə 10 milyon ABŞ dolları ayırdı

18-03-2020, 14:05
Oxunub: 53
FİFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlamasında deyib.


FİFA koronavirus pandemiyası ilə mübarizəyə görə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımı edəcək.

FİFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, ali futbol qurumu ÜST-ün hesabına 10 milyon ABŞ dolları köçürəcək.

Qeyd edək ki, dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 8 009-a çatıb. Dünyada ən çox ölüm hadisəsi Çin (3 237), İtaliya (2 503), İran (988) və İspaniyada (533) qeydə alınıb. İnfeksiya indiyədək 167 ölkə və regionda qeydə alınıb. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti