Çində koronavirusdan bir gündə 10 nəfər öldü

15-03-2020, 11:00
Oxunub: 92
Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb


Ötən gün ərzində Çində koronavirus qurbanlarının sayı daha 10 nəfər artıb.

Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə məsələləri üzrə Dövlət Komitəsi məlumat yayıb.

Qeyd edilir ki, son gün ərzində ölkədə koronavirusa daha 20 nəfər yoluxub, 1 370 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.

Məlumata görə, Çində koronavirus xəstələrinin ümumi sayı 80 844 nəfərdir. Ölkədə ümumilikdə 65 900 nəfər sağalıb, daha 3 199 nəfər virusun qurbanı olub.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində aşkarlanıb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti