"ASAN xidmət" mərkəzlərindəki bəzi qeydiyyat məhdudiyyətləri aradan qaldırılacaq

15-03-2020, 13:10
Oxunub: 86
qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlar istənilən mərkəzə müraciət edərək göstərilən xidmətlərdən yararlana bilirlər


Məlum olduğu kimi, ötən il noyabrın 1-dən "ASAN xidmət" mərkəzlərində şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və digər xidmətlərlə əlaqədar qeydiyyat məhdudiyyəti aradan qaldırılıb. Belə ki, qeydiyyat yerindən asılı olmayaraq, bütün vətəndaşlar istənilən mərkəzə müraciət edərək göstərilən xidmətlərdən yararlana bilirlər. Lakin vergi və əmlak məsələləri sahələrində göstərilən xidmətlərlə bağlı qeydiyyat məhdudiyyəti hələ ki, tam aradan qalxmayıb. Müvafiq qurumlarla bu istiqamətdə iş aparılıb. Həmin xidmətlərin göstərilməsi sahəsində qeydiyyat məhdudiyyəti tezliklə aradan qaldırılacaq.

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Agentliyin sədri "ASAN xidmət" mərkəzlərinin olmadığı bölgələrdə səyyar "ASAN xidmət" avtobuslarının əhaliyə mütəmadi olaraq xidmət göstərdiyini də diqqətə çatdırıb. (Trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti