BMT-dəki missiyalar məsafəli fəaliyyətə keçdi

14-03-2020, 17:58
Oxunub: 50
Hazırda Nyu-York şəhərində koronavirusa 154 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.


BMT-nin Nyu-Yorkdakı qərargahında 50-dən çox missiya yeni koronavirusla əlaqədar olaraq tam və ya qismən məsafəli fəaliyyətə keçib.

Mənbələrin bildirdiyinə görə, burada ilk yoluxma halının aşkarlanması, bununla bağlı tədbirlərin təxirə salınaraq təhlükəsizliyin gücləndirilməsinə dair BMT baş katibinin qərarlarından sonra təşkilatın yanında müxtəlif ölkələrin nümayəndəlikləri bir-birinin ardınca əməkdaşlarını evə göndərir.

“Hazırda bütövlükdə və ya qismən məsafəli fəaliyyətə keçmiş azı 53 missiya məlumdur. Bundan sonra daimi nümayəndəliklərin böyük əksəriyyətinin bənzər addımlar atacağını gözləmək olar”,- mənbə qeyd edib.

Hazırda Nyu-York şəhərində koronavirusa 154 təsdiqlənmiş yoluxma halı qeydə alınıb.(reporT)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti