İran-Pakistan sərhədi bağlandı

14-03-2020, 16:23
Oxunub: 72
Xatırladaq ki, bundan öncə İran-Pakistan sərhədi piyadalar üçün də bağlanmışdı.


İran və İraq arasında sərhəd gömrüyü bağlanıb.

Bunu İranın Gömrük Administrasiyasının sözçüsü Ruhulla Lətifi deyib. Onun sözlərinə görə, Pakistan ilk öncə İranın yük maşınlarının Pakistan ərazisinə keçə biləcəklərini elan etmişdi.

Lətifi əlavə edib ki, bu gündən İran yük maşınlarını qəbul etmir və yalnız Pakistanda qalan İran yük maşınlarının İrana qayıdışına icazə verir.

Gömrük rəsmisi bildirib ki, hazırda İranın Pakistanla sərhədində 900 yük maşını qalıb və onların əksəriyyətinin yükü neft-kimya, karbohidrogen və maye qaz məmulatlarıdır.
 
Xatırladaq ki, bundan öncə İran-Pakistan sərhədi piyadalar üçün də bağlanmışdı.

Qeyd edək ki, İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi bu günədək (14 mart) 12 729 nəfərin yeni koronavirusa yoluxduğunu, 611 nəfərin öldüyünü və 4 339 nəfərin sağaldığını təsdiqləyib. İranda yeni koronavirusun yayılması ilə qonşu ölkələr İranla sərhədlərdə məhdudiyyətlər tətbiq ediblər. (trend)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti