Müslüm Maqomayevin heykəli Dənizkənarı Milli Parkda ucaldılacaq

13-03-2020, 11:30
Oxunub: 161
ötən gün Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb


“Görkəmli bəstəkar Müslüm Maqomayevin heykəlini hazırlamaq mənə tapşırılıb".

Bunu “Report”a açıqlamasında Xalq rəssamı, heykəltəraş Ömər Eldarov deyib.

Onun sözlərinə görə, M.Maqomayevin abidəsi Dənizkənarı Milli Park ərazisində ucaldılacaq: "Mənə heykəlin nə zamana bitirməli olduğum barədə hələ bir söz deyilməyib. Amma tuncdan töküləcəyi barədə məlumatım var. Heykəlin hündürlüyü 2,5 metr olacaq".

Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti