Çavuşoğlu Putinin Ərdoğanı gözlətməsini əks etdirən görüntülərə münasibət bildirib

10-03-2020, 16:42
Oxunub: 76
Nazir “Anadolu” agentliyinə müsahibəsində Rusiya telekanalını sayğısızlıqda günahlandırıb.


Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya telekanalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və başçılıq etdiyi nümayəndə heyətinin Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş öncəsi qapıda gözlədilməsini əks etdirən süjetə münasibət bildirib.

Nazir “Anadolu” agentliyinə müsahibəsində Rusiya telekanalını sayğısızlıqda günahlandırıb.

“Rus mediasını başa düşürəm. Lakin bizim içərimizdə bu qara təbliğatdan məmnun olan o qədər adam var. Bax bunu başa düşmürəm. Rus mediasının etdiyi isə böyük sayğısızlıqdır”, - deyə Türkiyə XİN başçısı vurğulayıb. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti