Avropanın əsas indeksləri yüksəlib

10-03-2020, 16:21
Oxunub: 63
ABŞ indeksləri isə 7 faizədək azalıb.


Avropanın əsas fond indeksləri ötən gün 3-10 faiz azalmasından sonra bu gün artım göstərib.

Ümumavropa miqyaslı "Euronext" və yerli birjaların məlumatına görə, FTSE 40 (Böyük Britaniya) 6 037,59 faiz bəndi (bağlanışa nisbətən +1,26 faiz), CAC40 (Fransa) 4 779,76 faiz bəndi (+1,53 faiz), DAX (Almaniya) 10 700,2 faiz bəndi (+0,65 faiz), SMI (İsveçrə) 9 340,5 faiz bəndi (+1,6 faiz) artıb.

Xatırladaq ki, martın 6-da OPEC+ formatının iştirakçısı olan ölkələr neft hasilatını daha da ixtisar etmək barədə razılığa gələ bilmədilər, ona görə də gündəlik hasilatın 1,7 milyon barel azaldılmasına dair mövcud razılaşma bu ayın sonunadək qüvvədədir. Rusiyanın Energetika naziri Aleksandr Novak aprelin 1-dən etibarən həmin ölkələr qarşısında hər hansı öhdəliyin durmayacağını qeyd edib.

Neft bazarındakı müharibə nəticəsində Asiyanın əsas indeksləri 3-5 faiz, Avropanın indeksləri açılışda 6-10,5 faiz, ABŞ indeksləri isə 7 faizədək azalıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti