BƏƏ və Yunanıstanda koronavirusa yoluxanların sayı artdı

10-03-2020, 16:11
Oxunub: 101
Bunu hər iki ölkənin Səhiyyə nazirlikləri açıqlayıb.


Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Yunanıstanda koronavirusa yoluxanların sayı məlum olub.

Bunu hər iki ölkənin Səhiyyə nazirlikləri açıqlayıb.

Məlumata görə, BƏƏ-də 15, Yunanıstanda isə daha 5 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

Beləliklə, koronavirus daşıyıcılarının sayı BƏƏ-də 74-ə, Yunanıstanda isə 89-a çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 814-ə çatıb. Bunların 64 277 nəfəri sağalıb, 4 031 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.((report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti