Avropa Parlamentinin sədri karantinə alındı

10-03-2020, 14:38
Oxunub: 203
D.Sassolinin ehtiyat tədbiri məqsədi ilə karantinə alındığı bildirilir.


Avropa Parlamentinin sədri David Sassoli koronavirusa görə karantinə alınıb.

O, Brüsseldə evində həkim nəzarəti altında saxlanılır.

D.Sassolinin ehtiyat tədbiri məqsədi ilə karantinə alındığı bildirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 571-ə çatıb. Bunların 64 280 nəfəri sağalıb, 4 030 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. (reporT)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti