Sabah hava dumanlı olacaq

8-03-2020, 14:10
Oxunub: 98
Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq.


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu  gecə 4-7° isti, gündüz  11-16° isti, Bakıda  gecə 4-6° isti, gündüz 14-16° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 772 mm civə sütunundan 769 mm civə sütununa enəcək.  Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % olacaq. 

Martın 9-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu  gecə 3-8° isti,  gündüz 15-20°  isti, dağlarda gecə 0-5° isti, gündüz 10-15° isti  olacaq.
 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti