Dünyanın üç ölkəsində koronavirus daşıyıcılarının sayı artdı

7-03-2020, 12:10
Oxunub: 107
Cənubi Koreyada 174, Filippin və Braziliyada isə hər birində 1 yoluxma faktı qeydə alınıb.


Cənubi Koreya, Filippin və Braziliyada koronavirusa yoluxanların sayında artım müşahidə edilib.

Cənubi Koreyada 174, Filippin və Braziliyada isə hər birində 1 yoluxma faktı qeydə alınıb.

Məlumata görə, Cənubi Koreyada yoluxanların sayı 6 767, Filippində 6, Braziliyada isə 14-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 417-yə çatıb. Bunların 57 629 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti