Afrikanın daha bir ölkəsində koronavirus aşkarlandı

6-03-2020, 16:15
Oxunub: 139
Bunu ölkənin Səhiyyə naziri açıqlayıb.


Kamerunda koronavirusa ilk yoluxma faktı qeydə alınıb.

Bunu ölkənin Səhiyyə naziri açıqlayıb.

Açıqlamada yoluxan şəxsin 58 yaşlı fransalı olduğu bildirilib. O, Kameruna fevralın 24-də gəlib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 91 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 98 754-ə çatıb. Bunların 55 662 nəfəri sağalıb, 3 389 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti