Gürcüstanın turizm gəlirlərinin 7%-i Azərbaycanın payına düşür

6-03-2020, 14:14
Oxunub: 57
E.Mikabadze Gürcüstan və Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq sahəsindəki dinamikanı müsbət qiymətləndirib.


“Gürcüstanın turizm gəlirlərinin 7 faizi azərbaycanlı ziyarətçilərin payına düşür”.

Bunu Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavini Ekaterine Mikabadze bildirib.

Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında ticarət, turizm və investisiyalar sahəsində uğurlu əməkdaşlıq mövcuddur: “Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarından biridir. Gürcüstanın ixracatçı ölkələri arasında Azərbaycan 13 faiz payla birinci yerdədir”.

Nazir müavini deyib ki, hazırda iki ölkə arasında azad ticarət rejimi var və bu, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda tənzimlənir.

E.Mikabadze Gürcüstan və Azərbaycan arasındakı iqtisadi əməkdaşlıq sahəsindəki dinamikanı müsbət qiymətləndirib. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti