Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin görüşü olacaq

6-03-2020, 13:10
Oxunub: 57
Məlumata əsasən, üçtərəfli görüşə Gürcüstan ev sahibliyi edəcək


Bu il Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, üçtərəfli görüşə Gürcüstan ev sahibliyi edəcək.

Bildirilib ki, ötən gün Bakıda Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili və Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov arasında keçirilən görüşdə üçtərəfi hərbi əməkdaşlıq məsələləri də müzakirə olunub və bu formatın önəmi vurğulanıb.

Qeyd edək ki, üç ölkənin müdafiə nazirlərinin sonuncu üçtərəfli görüşü 2019-cu ilin iyununda Qəbələdə keçirilib. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti