Çində koronavirus qurbanlarının sayı artdı

6-03-2020, 08:40
Oxunub: 49
Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılıb.


Çində koronavirusdan ölənlərin sayı artıb.

Bu barədə ölkənin Səhiyyə məsələləri üzrə Dövət Komitəsi məlumat yayıb.

Məlumata görə, koronavirusdan ölənlərin sayı 3 042 nəfərə çatıb. Qeyd edilir ki, ölkədə 53,7 min nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb. 

Ötən gün Çində koronavirusdan 30 nəfər ölüb, 1 681 nəfər sağalaraq tibb müəssisələrindən evə buraxılıb. 

Ölkədə koronavirusa yoluxanların ümumi sayı 80 552 nəfərə çatıb. 

Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxanların ümumi sayı 95 333 nəfərə çatıb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti