Koronavirusa yoluxanların sayı 95,3 min nəfəri ötdü

6-03-2020, 08:10
Oxunub: 100
Bu barədə təşkilatın xəbərində bildirilir.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son gün ərzində dünyada 2 241 koronavirusa yoluxma halı qeydə alıb.

Bu barədə təşkilatın xəbərində bildirilir. 

Qeyd edilir ki, dünyada koronavirusa yoluxanların ümumi sayı 95 333 nəfərə çatıb. Onlardan 80 565 nəfəri Çində, 14 768 nəfəri onun sərhədlərindən kənardadır.

Son gün ərzində dünyada koronavirusdan 53 nəfər ölüb. Onlardan 31-i Çində dünyasını dəyişib.

Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılıb. 

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub. (Report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti