Azərbaycandan çıxışına qadağa qoyulmuş şəxs Rusiyaya qaçmaq istəyərkən saxlanılıb

26-02-2020, 17:50
Oxunub: 75
Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədi­nin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətindən APA-ya verilən məlumata görə, bu ilin 23 fevral tarixində Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Qusar rayonu Şirvanovka kəndi ərazisində yerləşən sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Azərbaycan vətəndaşı, 1983-cü il təvəllüdlü Soltanov Elşən Qismət oğlu sərhəd pozucusu qismində saxlanılıb. İlkin araşdırma zamanı onun dövlət sərhədindən rəsmi qaydada hərəkətinə tərəfindən məhdudiyyət qoyul­duğun­dan sərhədi qanunsuz olaraq keçməyə cəhd göstərməsi müəyyən olub.

Qeyd olunan tarixdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazi­sin­də Beyləqan rayonu Əmirzeytli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində 3 nəfər şəxsin əraziyə yaxın­laşa­raq xüsusi gizlədilmiş yerdən bağlama götürmələri müşahidə olunub və onlar hadisə yerindən uzaqlaş­mağa cəhd edərkən sərhədçilər tərəfindən saxlanılıblar.

 
Saxlanılan şəxslərin Ağcabədi rayon Avşar kənd sakinləri, 1980-ci il təvəllüdlü Mehdiyev Qərib Aqil oğlu, 1974-cü il təvəllüdlü Mamedov Cabir Camal oğlu, Beyləqan rayon “Mil“ üzümçülük qəsəbə sakini, 1967-ci il təvəl­lüdlü Nəzərov Yusif Şəmil oğlu olması müəyyən edilib. Bağlamaya baxış keçirərkən, qara rəngli polietilen salafafanda  4374 qram olan narkotik vasitə olan marixuana və 254 qram metofitamin aşkar olunub. 

Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti