Xocalı şəhidləri Yalova Universitetində anıldı

26-02-2020, 08:10
Oxunub: 307
Tədbirdə ilk öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib


Türkiyənin Yalova şəhərində təhsil alan azərbaycanlı tələbələr Yalova Universitetində Xocalı faciəsi şəhidlərini anıblar.

Tədbirdə Yalova valisi Muammer Erol, Yalova Bələdiyyə başçısı Vəfa Salman, univeristetin rektoru Suat Cəbəci, müəllim və tələbələr, Çiftlikköy vilayətinin bələdiyyə başçısı Ali Murat, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə ilk öncə hər iki ölkənin dövlət himnləri səsləndirilib və Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Sonra faciənin görüntülərinin əks olunduğu film nümayiş etdirilib. Araşdırmaçı, yazıçı Turşat Ata Türkmən və yazıçı Emrə Ataş Xocalı faciəsinin baş verdiyi günü tarixi faktlarla təqdim edib.

Tədbirdə Xocalı faciəsindən bəhs edən şeirlər səsləndirilib. Faciəni əks etdirən fotoların nümayiş olunduğu sərgi açılıb.(report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti