İlham Əliyev Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsini müzakirə edib

14-02-2020, 16:50
Oxunub: 106
Prezident İlham Əliyevin Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi müzakirə olunub.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşündə Dilqəm Əsgərov və Şahbaz Quliyevin məsələsi müzakirə olunub.

Azərbaycan Prezidenti görüşdə Ermənistan tərəfindən girovluqda saxlanılan azərbaycanlı mülki şəxslər Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunmasının, bu istiqamətdə səylərin artırılmasının vacibliyini qeyd edib.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğulayıb. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti