Koronavirus səbəbindən aviaşirkətlərin gəlirləri bu ilin I rübündə 4-5 mlrd. dollar azalacaq

14-02-2020, 18:45
Oxunub: 172
Ölkələr COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə geniş səyahət qadağaları qoyub.


Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) koronavirusa (COVID-19) görə bir çox aviareyslərin ləğv edilməsi səbəbindən cari ilin I rübündə qlobal aviaşirkətlərin gəlirləri 4-5 mlrd. ABŞ dolları azala bilər.

Ölkələr COVID-19 virusunun yayılmasının qarşısını almaq məqsədi ilə geniş səyahət qadağaları qoyub.

ICAO-nun məlumatına görə, təxminən 70 aviaşirkət materik Çinə və oradan olan bütün beynəlxalq uçuşları ləğv edib. Digər 50 aviadaşıyıcı isə uçuşların sayını azaldıb.

 
Agentliyin ilkin qiymətləndirməsi zamanı hava yüklərinə, aeroportlara, naviqasiya xidməti təminatçılarına, Çində daxili hava səyahətlərinə və Honkonq, Makao və Tayvana beynəlxalq daşımaların potensial təsiri nəzərə alınmayıb.

ICAO həmçinin Çin turistlərinin azalması səbəbindən Yaponiyanın turizm gəlirinin I rübdə 1,29 mlrd. dollar, Taylandın isə 1,15 mlrd. dollar itirə biləcəyini proqnozlaşdırır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti