Antarktikada rekord temperatur qeydə alındı

14-02-2020, 10:20
Oxunub: 103
Bu temperatur fevralın 9-u Antarktikanın Seymur adasında müəyyən edilib


Braziliyalı alimlər Antarktikada ilk dəfə müsbət 20,75 °C hava temperaturunu qeydə alıblar.

Bu temperatur fevralın 9-u Antarktikanın Seymur adasında müəyyən edilib.

Bu göstərici 1982-ci ildə Siqnü adasında qeydə alınan temperaturdan 1 dərəcə çoxdur.

Nəşrin məlumatına görə, Ümumdünya Meteorologiya Təşkilatı alınmış göstəriciləri hələlik təsdiqləməyib.

Xatırladaq ki, fevralın 6-da Antarktikanın “Esperansa” stansiyasında müsbət 18 °C qeyd edilmişdi.  
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti