ABŞ-ın Çindəki diplomatik nümayəndəliyi viza verilməsini dayandırır

9-02-2020, 11:50
Oxunub: 47
Bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilir


ABŞ-ın Çindəki səfirliyi və baş konsulluqları yeni növ koronavirusunun (2019-nCoV) yayılması ilə əlaqədar fevralın 10-dan etibarən viza verilməsi üzrə xidmətlərini dayandıracaq.

Bu barədə Dövlət Departamentinin açıqlamasında bildirilir.

Qeyd olunur ki, koronavirusla əlaqədar vəziyyətə görə, ABŞ səfirliyi və baş konsulluqlarında çox məhdud personal işləyir, bu səbəbdən onlar viza xidmətləri ilə bağlı müraciətlərə cavab vermək iqtidarında deyillər.

Eyni zamanda, diplomatlar təcili hallarda yardım göstərməyə hazır olacaqlar. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti