Qar yağacaq, yollar buz bağlayacaq

9-02-2020, 16:15
Oxunub: 151
Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.


Fevralın 10-da Bakıda və Abşeron yarımadasında fasilələrlə qar yağacağı gözlənilir. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya bildirilib ki, güclü şimal-qərb  küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° şaxta, gündüz  1-3° isti olacaq. 

Bakıda gecə 2-4° şaxta, gündüz 1-3° isti olacağı gözlənilir.

 
Atmosfer  təzyiqi normadan yüksək  770 mm civə sütunundan 773 mm civə sütununa yüksələcək.

Nisbi rütubət  gecə və gündüz  75-85%  olacaq.  

Yolların buz bağlama ehtimalı var.

Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə  intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda əsasən yağmursuz, ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 0-5° şaxta, gündüz 1-6°  isti, dağlarda gecə 10-15° şaxta, gündüz  3-8° şaxta olacaq.  Yolların buz bağlama ehtimalı var. 

 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti