MSK: Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik

9-02-2020, 13:00
Oxunub: 171
Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.


“Seçki prosesi düzgün məcrada davam edir”.

Bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov bildirib.

R. Qasımov deyib ki, sosial şəbəkələrdə yayılan görüntülərə baxılır: “Sosial şəbəkələrdə yayılan görüntüləri bir neçə mənbədən təhlil edirik. Sosial şəbəkələrdə seçkilərlə bağlı neqativ və ya pozitiv məlumatların yayılması seçkinin şəffaflığını göstərir”.

 
R. Qasımov qeyd edib ki, ideal seçki gözləmək mümkün deyil: “Neqativ halların olması normaldır. Şəffaflıq prosesin açıq olmasının birinci göstəricisidir. Seçki prosesi hazırda kifayət qədər açıqdır. Cəmiyyətin seçkiyə həddindən artıq marağı var”. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti