"Azərbaycan və Aİ arasında yeni saziş üzrə əsas məsələlər razılaşdırılıb"

9-02-2020, 15:10
Oxunub: 46
Nazir müavini bildirib, saziş layihəsi ilə bağlı əsas məsələlər demək olar razılaşdırılıb


“Uzun müddətdir ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında imzalanacaq yeni saziş üzərində intensiv iş aparılır”.

Bunu  açıqlamasında Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib, saziş layihəsi ilə bağlı əsas məsələlər demək olar razılaşdırılıb.

“Saziş layihəsində razılaşdırılmamış bəzi məsələlər qalıb. Siyasi, təhlükəsizlik məsələləri tam razılaşdırılıb. Ticari-iqtisadi məsələlərə aid olan müddəalar isə dəqiqləşdirilməlidir. Bununla bağlı Azərbaycan hökuməti və Avropa Komissiyası arasında təmaslar davam etdiriləcək”, - deyə X. Xələfov qeyd edib. (APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti