Xəzərin hüquqi statusu ilə bağlı növbəti görüş Qazaxıstanda keçiriləcək

9-02-2020, 15:30
Oxunub: 103
Bu barədə Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.


Yaxın zamanlarda Xəzər dənizinin hüquqi statusu ilə bağlı növbəti görüş Qazaxıstanda keçiriləcək.

Bu barədə Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında Xəzərdə sektorların razılaşdırılması ilə bağlı təmaslar kəsilməyib, bu, mütəmadi xarakter daşıyır.

 
“Bu, Azərbaycan-Türkmənistan münasibətlərində aktual məsələlərdən biri kimi qalmaqdadır. Bu məsələ üzərində iş gedir, müzakirələri davam etdiririk. Həmin görüşdə Türkmənistan nümayəndəsi də iştirak edəcək”, - deyə naziri müavini qeyd edib.(APA)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti