29 saylı Səbail seçki dairəsinin 2, 4 və 7 saylı məntəqələrdə prosesi 69 beynəlxalq müşahidəçi izləyir

9-02-2020, 14:53
Oxunub: 150
Seçki prosesini 90 nəfər müşahidəçi izləyir (16 nəfəri xaricidir).


Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsinin 2 saylı məntəqəsində saat 12:00-a olan məlumata görə, 207 nəfər səs verib, bu da məntəqə üzrə seçicilərin 15,02%-ı deməkdir.

Sözü gedən məntəqənin seçici siyahısında 1 378 nəfərin adı var.

Seçki prosesini 90 nəfər müşahidəçi izləyir (16 nəfəri xaricidir).
 
29 saylı Səbail seçki dairəsinin 4 saylı məntəqəsində isə saat 12:00-a olan məlumata görə, 257 nəfər səs verib, bu da məntəqə üzrə seçicilərin 22,04%-i deməkdir.

Bildirək ki, sözügedən məntəqənin seçici siyahısında 1 161 nəfərin adı var.

Seçki prosesini 99 nəfər, o cümlədən 37 xarici müşahidəçi izləyir. Bundan əlavə, məntəqədə müşahidələrə 26 KİV nümayəndəsi qatılıb ki, onlardan 8-i xarici media nümayəndəsidir.

Azərbaycanda Milli Məclisə seçkilərlə əlaqədar 29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində saat 12:00-a olan məlumata görə, 202 nəfər səs verib, bu da məntəqə üzrə seçicilərin 15,39%-ı deməkdir.

Sözügedən məntəqənin seçici siyahısında 1 312 nəfərin adı var.

Seçki prosesini 79 nəfər müşahidəçi izləyir (16 nəfəri xaricidir).
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti