Tailandda silahlı əsgər 20 mülki vətəndaşı öldürüb, 16 nəfəri girov götürüb

8-02-2020, 20:30
Oxunub: 131
Silahlı əsgərin 16 nəfəri girov götürdüyü bildirilir


Tailandda əsgər mülki vətəndaşlara atəş açıb, 17 nəfər ölüb, 14 nəfər yaralanıb.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, hadisə Tailandın Nakhon Ratchasima şəhərində (həmçinin Korat kimi tanınır) baş verib. 

Tailand Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, Jakrafant Thomma hərbi düşərgədən silah oğurlamazdan əvvəl komandirinə hücum edib. "Bankok Post"un məlumatına görə, o, hərbi hissəni tərk etməzdən öncə komandirinə və iki əsgərə atəş açıb. 

Silahlı əsgərin 16 nəfəri girov götürdüyü bildirilir.

Daha sonra şəhərdəki "Terminal 21" ticarət mərkəzinə doğru maşınla hərəkət edən silahlı şəxs yol boyu insanlara və Buddist məbədinə atəş açıb. O, bütün bu hadisələri "Facebook" hesabında canlı yayımlayıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti