Xarici müşahidə missiyası Azərbaycanda fəaliyyətə başladı

4-02-2020, 12:36
Oxunub: 51
Missiyaya ŞƏT-nin baş katibinin müavini Şerali Conon rəhbərlik edir.


Şanxay Əməkdaşlıq Təşkilatından (ŞƏT) müşahidə missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq və birbaşa onun keçirilməsi ilə bağlı monitorinq fəaliyyətinə başlayıb.

Missiyaya ŞƏT-nin baş katibinin müavini Şerali Conon rəhbərlik edir.

Missiyanın tərkibinə ŞƏT üzvü olan dövlətlərin qanunverici, icra və seçki orqanlarının nümayəndələri, habelə ŞƏT Katibliyinin rəsmiləri daxildir.

Missiya üzvləri müşahidəni Bakıda və Abşeron yarımadasının yaşayış məntəqələrində, Sumqayıt, Şirvan şəhərlərində, həmçinin onlara bitişik ərazilərdə aparacaqlar.

Missiyanın işi seçki məntəqələrinin hazırlığını öyrənmək, səsvermə prosesini müşahidə eləmək, seçkiqabağı kampaniyanın təşkili, səslərin sayılması, habelə səs vermiş seçicilər, namizədlərin nümayəndələri və digər müşahidəçilərlə səsvermə ilə bağlı sorğular keçirməkdən ibarət olacaq. Missiya işini fevralın 10-da başa vuracaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti