Lütfi Zadənin xatirəsinə həsr olunmuş 4 turnir keçiriləcək

4-02-2020, 14:15
Oxunub: 225
Martın əvvəlində isə GLA-nın seçdiyi kiberidmançılar mediaya təqdim ediləcək.


"Nizami E-Sport Arena" və “Gaming League Azerbaijan” (GLA) fevral ayı ərzində Azərbaycanın görkəmli şəxsiyyətlərindən biri, dünya şöhrətli alim Lütfi Zadənin xatirəsinə həsr olunmuş 4 turnir təşkil edəcək. 

Azərbaycan Kiberidman Federasiyasından verilən məlumata görə, turnirlər 8, 15, 22 və 29 fevralda müvafiq olaraq "PubG", "Fortnite", DOTA2 və "League of Legends" oyunları üzrə keçiriləcək. Əsas məqsəd ölkənin ən güclü kiberidmançılarını seçərək onlarla iş birliyinə başlamaq, gələcəkdə beynəlxalq yarışlarda iştiraklarına şərait yaratmaqdır. 

Martın əvvəlində isə GLA-nın seçdiyi kiberidmançılar mediaya təqdim ediləcək. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti