Əfqanıstanda 18 ABŞ generalı öldürüldü

4-02-2020, 15:20
Oxunub: 92
M.Dandrianın ölümü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.


Yanvarın 27-də Əfqanıstanda vurulan təyyarədə İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (“SEPAH”) “Qüds” qanadının komandiri, İraqda öldürülən general Qasım Süleymaninin qətlinin təşkilatçısı da daxil olmaqla 18 ABŞ generalı olub. 

Bu barədə “Tasnim” agentliyi məlumat yayıb. 

Təyyarəni “Taliban” silahlıları vurub və göyərtədəki şəxslərin hamısı ölüb. Agentlik iddia edir ki, Əfqanıstanda öldürülən ABŞ generalları arasında Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) “Əyatulla Mayk” ləqəbli Maykl Dandria adlı nümayəndəsi də olub.

O, Kəşfiyyat İdarəsinin İran üzrə rəhbəri vəzifəsini tuturdu. M.Dandria həmçinin general Qasım Süleymaninin qətlinin təşkilatçısı sayılır. 

M.Dandrianın ölümü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qanadının komandiri, general Qasım Süleymani bu il yanvarın 3-ü ABŞ-ın raket zərbəsi nəticəsində İraqın paytaxtı Bağdadda öldürülüb. (report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti