ABŞ milli valyutasını qəsdən ucuzlaşdıran ölkələri "cəzalandıracaq"

4-02-2020, 17:43
Oxunub: 94
Bu barədə xarici mətbuata istinadən xəbər verilir.


ABŞ-ın Ticarət Departamenti milli valyutalarını dollar qarşısında qəsdən ucuzlaşdıran ölkələrin mallarına əlavə gömrük rüsumu tətbiq edəcək. 

Bu barədə xarici mətbuata istinadən xəbər verilir. 

Məlumata görə, bununla bağlı ötən ilin may ayından hazırlanmış qanun layihəsi artıq təsdiq edilib. 

Sənədə əsasən, Çin, Cənubi Koreya, Yaponiya, Malayziya, Sinqapur, Vyetnam, Almaniya, İtaliya, İsveçrə və İrlandiyadan idxal olunan mallar ABŞ ərazisinə əlavə vergi ödəməklə daxil olacaq.(report)
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti